"Qəbələ"nin U-19 komandası səfərə çıxır. Sportnet.az-ın məlumatına görə, Hüseynqulu Quliyevin yetirmələri bu gecə Bakıdan Rusiya paytaxtı Moskvaya üz tutacaq.
Newsport.az-ın məlumatına görə, "Qırmızı-qaralar"ı UEFA Gənclər Liqasında Çempionlar yolunun I mərhələsi çərçivəsində yerli "Dinamo" ilə cavab oyunu gözləyir. Bu qarşılaşma oktyabrın 19-da Bakı vaxtilə saat 19:00-da başlayacaq. Sentyabrın 19-da Qəbələdə keçirilən ilk matç komandamızın 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
Hüseynqulu Quliyevin komandası oyundan 2 gün qabaq məşqlərini Moskvada keçirəcək. Matçdan sonra Bakıya qayıdacaq "qırmızı-qaralar" oradan Qəbələyə yolanacaq.