Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma olacaq.
Günün ilk matçı Şüvəlanda keçiriləcək. AZAL Gəncənin "Kəpəz" klubunu qəbul edəcək.
Turun son matçında isə "Zirə" və "Neftçi" komandaları üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası, VIII tur
16 oktyabr (bazar)
18:30 “Zirə” - “Neftçi” - 2:0
Qollar: Yovan Krneta, 43 (pen), Adil Nağıyev, 50
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu
16:00 AZAL - “Kəpəz” - 0:1
Qol: Julian Ebah, 83
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
“AZAL Arena”