"Qəbələ"də şok itkilər

"İnter"lə matçda bərabərə qalan "Qəbələ" iki futbolçusundan məhrum olub.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın heyətində Rəşad Sadiqov və Baqali Dabo sıradan çıxıb.

Qarşılaşmanın 62-ci dəqiqəsində ayağından zədə alan Sadiqov meydanı tərk etmək məcburiyyətində qaldı. Görüşün sonlarına yaxın isə Dabo əzələsini dartaraq matçı davam etdirə bilməyib.

Klubdan saytımıza verilən məlumatda bildirilir ki, futbolçuların son durumuna sabah müayinədən sonra aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right