"Onu heç vaxt tərifləmək olmaz" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.

- Vacib 3 xal qazandıq. Bu qələbə bizə çox lazım idi. Oyun asan keçmədi. Rəqib hər zaman bizə qarşı fərqli üslubdan istifadə edir. Futbolçular xeyli vaxt idi ki, bir yerdə deyildi. Bununla əlaqədar müyyən çatışmazlıqlar var idi. Ümumi götürsək, pis alınmadı. Qarşıda çox vacib oyunumuz olsa da, bütün diqqətimizi bu matça yönəltmişdik. PAOK-la oyuna cəmi 4 gün vaxtımız var. Yaxşı hazırlaşmalıyıq. Samir Abasova uğurlar arzu edirəm.Hər zaman yenilik edir.

- Rəşad Sadıqovun durumu nə yerdədir?

- Rəşad sabahdan məşqlərə başlayacaq. Amma ağrıları var. Həkim nəzarətindədi. Həkimlər daha diqqətli olmalıdırlar. Ki, zədənin üzərinə zədə yüklənməsin.

- Samir Abasov məşq etdiyinizi deyirdi...

- Mən öz fikirlərimi bildirdim. Çətin oyun keçdi. Futbolçular millinin düşərgəsində idi. Ona görə bir yerdə məşq edə bilmirdik. Qol epizodlarımız çox olsa da, asan oyun olmadı.

- İlqar Qurbanovun oyunu sizi qane etdi?

- İlqar elə futbolçudur ki, onu heç vaxt tərifləmək olmaz. Oyunundan razı qaldım. Amma daha diqqətli olmalı, çox çalışmalıdır.

- Elvin Yunuszadə niyə oynamırdı?

- Elvinin qızdırması var. Amma bu gün oynamaması bununla bağlı deyil. Onu əvəzedici heyətə göndərmişəm. Nizam-intizamı pozmuşdu. Xəstəliyi olmasaydı da, oynatmayacaqdım. Maksim mərkəz müdafiəçisi mövqeyində yaxşı çıxış edir. Millidə də yaxşı çıxış etdi.

- Vüqar Nadirovu nə vaxt meydanda görəcəyik?

- “Neftçi” ilə oyunda meydana buraxmışdım.Üzərində həqiqətən də çalışır. Əvəzedicilərdə qolsuz meydanı tərk etmir. Qarşıdakı oyunlarda çıxış etmə ehtimalı çoxdu.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right