Asif Məmmədov: "Hər bir futbolçu kimi bunu gözləmişəm və gözləyəcəm də"

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində baş tutan "İnter” – "Qəbələ” (1-1) oyunundan sonra "Qəbələ”nin futbolçusu Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun keçdi. Hesabda geri düşsək də, bərabərləşdirə bildik. Biz Qəbələdə gözəl stadionda oynayırıq, bunu hamınız bilirsiz. Meydanın vəziyyəti çox pis idi. Bunun ücbatından 2 əsas futbolçumuz zədələndi.

- Dmitri Bezotosnının “quru seriya”sı qırıldı...

- Nə vaxtsa qol buraxmalı idik. Bu günə qismət oldu.

- “İnter”lə ilk dövrədə də bacarmamışdınız...

- İlk dövrədə penalti epizodunu da qaşırmışdıq. Bu gün də pis oynamadıq. Səfərdə 1 xal pis deyil. İlk hissədə başabaş mübarizə apardıq. Qarşılaşmanın ədalətli nəticə deyərdim ki, heç-heçə idi.

- Bu gün meydanın mərkəzində oynadın. Çıxışından razı qaldın?

- Oyunun sonlarında belə oynadım. Baş məşqçimiz tapşırmışdı. Buna qıraqdan baxanlar qiymət verə bilər.

- “İnter”in kapitanı Nizami Hacıyev bildirdi ki, “Qəbələ”nin bizdən heç bir üstünlüyü yox idi.

- Bu, Nizaminin şəxsi fikirləridi. Bizim də, onların da qol imkanları oldu. Bir daha vurğulayıram ki, oyunun ədalətli nəticəsi heç-heçə idi.

- “Sent-Etyenn”lə oyundan əvvəl heyətdə 2 ciddi itki baş verdi. 

- Belə meydanlar olmasa, daha yaxşı olardı. Bu stadionlar futbol üçün çox təhlükəlidir. Mən “İnter” 8 il oynamışam və hər iki aydan bir zədələnirdim. Şükürlər olsun ki, “Qəbələ”də belə hallarla üzləşmirəm. Çünki təbii ot örtüyündə məşq edirik.

- “Sent-Etyenn”lə oyun barədə nə düşünürsüz?

- Sabahdan rəqibi araşdıracağıq.

- Son zamanlar çox parlaq çıxış edirsən. Robert Prosineçkidən təklif gözləyirdin?

- Əlbəttə ki, gözləyirdim. Hər bir futbolçu kimi bunu həmişə gözləmişəm və gözləyəcəm də.

- Dəvət gəlməyəndə məyus oldun?

- Bəli, məyus oldum.

 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right