"Qarabağ" 3 qolla məğlub etdi, "Qəbələ" "İnter"lə heç-heçə etdi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, 12 günlük fasilədən son ilk oyun günündə iki qarşılaşma baş tutacaq. 
 
"İnter" doğma azarkeşləri önündə "Qəbələ"ni, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək. Turun mərkəzi oyununda aşkar favorit olmasa da, "qırmızı-qaralar" rəqibindən bir baş üstün görünür. Keçirdiyi oyunlarda qapısından top buraxmayan və 19 xalla turnir cədvəlinin şəriksiz lideri olan Roman Qriqorçukun komandası çətin də olsa, "bankirlər"i məğlub edib, yoluna davam etmək istəyəcək.
 
"Qarabağ" isə son iki oyunda qələbə üzünə həsrətdi. Buna görə də "Azərsun Arena"da ağdamlıların qələbə qazanacağı heç kimdə şübhə doğurmur. Amma istənilən halda "Sumqayıt" da rəqibinə asan yem olmadığını sübut etməyə çalışacaq.
 
15 oktyabr (şənbə)


Azərbaycan Premyer Liqa, 8-ci tur
 

18:30.“Qarabağ” – “Sumqayıt” - 3:0 
Qollar: 
Miçel, 42 (1:0), İlqar Qurbanov, 44 (2:0), Dino Ndlovu, 90+3 (3:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
“Azərsun Arena"

16:00.“İnter” – “Qəbələ” - 1:1 
Qol: 
Ağabala Ramazanov, 48 (1:0), Sergey Zenyov, 69 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
“İnter Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right