Azərbaycanın yeni FİFA referisi

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov FİFA referliyi üçün üç əsas namizədin adını ali futbol qurumuna göndərib.
 
Newsport.az-ın məlumatına görə, siyahıda Əliyar Ağayevlə Rəhim Həsənovla yanaşı, yeni ad da var. Bu, Ömər Paşayevdi.Siyahıda yer alan 4-cü hakim isə Orxan Məmmədovdur. O, ötən və cari mövsümdə az oyun idarə etdiyindən və aşağı qiymətlər aldığından bu dəfə Paşayevin adı "3-lük"ə daxil edilib.
 
Məlum olduğu ki, Azərbaycanın FIFA referliyi üçün 3 yeri var. Əliyar Ağayev 1-ci kateqoriyaya yüksələcəyi halda, Orxan Məmmədov da FİFA referiliyində qala bilər. Əliyarın 1-ci kateqoriyaya yüksəlməsinə isə yeni ilin ilk aylarında aydınlıq gəlməlidir. Yəni, indidən Ömər Paşayevin FİFA referisi olması münasibəti ilə təbrik etmək olar.
 
Amma əsas bu adı almaq yox, imtahandan keçməkdir. Paşayev lazım olan imtahandan keçə bilməsə, adı alsa da belə, bəynəlxalq oyuna təyinatı mümkün olmayacaq.
 
Futbol11.az
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right