AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasına təyinat alıb.
Newsport.az-ın məlumatına görə, O, ÇSKA (Rusiya) - "Monako" (Fransa) oyununda matçının direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
affa.az