"Qarabağ" - PAOK matçının biletləri satışa çıxır

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" növbəti matçında PAOK-u qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, Yunanıstan təmsilçisi ilə qarşılaşmanın biletləri yeni həftənin ilk günündən etibarən satışda olacaq.

Oktyabrın 17-də satışa çıxarılacaq biletlərin qiymətləri də münasibdi. 1 manata olan biletlərin sayı  da artılıb. Belə ki, Ağdam klubunun sonuncu ev oyununda 10  sektora 1 manata bilet satılırdısa, bu dəfə həmin sektorların sayı artırılaraq 14-ə çatdırılıb. Digər biletlər isə 2 və 5 manata olacaq.

Bundan başqa UEFA-nın tələblərinə görə, satışda 10 və 20 manatlıq biletlər də olacaq. Belə ki, qarşılaşmanı 13 və 16-cı sektordan izləmək istəyənlər 10 manatından keçməlidir. 14 və 15-ci sektor üçün bilet almaq istəyənlər isə 20 manat xərcləməlidir.

Qeyd edək ki, "Qarabağ" - PAOK qarşılaşması oktyabrın 20-də, saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right