Millimiz qalib gəldi

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Estoniya komandası ilə qarşılaşan yığmamız  1:0 hesabı ilə qələbə qazanıb.

Yeganə qolu Aytac Nemətova vurub.

Qeyd edək ki, millimiz ilk oyunda Polşaya 0:4, növbəti görüşdə isə Macarıstana 0:3 hesabı ilə uduzub. Bu nəticələrə əsasən komandamız turnirlə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right