Azərbaycan kubokundan 1/16 final mərhələsinin oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, "Turan Tovuz" doğma meydanda "Bakılı"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4 - 0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində "Turan Tovuz" adını 1/8 finala yazdırıb.