Futbol üzrə Çexiya Kubokunda üçüncü mərhələnin oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Liberec təmsilçisi səfərdə "Pişek"in qonağı olub. Qarşılaşma "Slovan"ın 5:1 hesablı qələbəsi ilə nəticələnib. Bu qələbə sayəsində "Qarabağ"ın rəqibi növbəti mərhələyə vəsiqə qazanıb.