"Qəbələ" əvəzedicilərinə acımadı

Azərbaycan Premyer Liqasının VIII turunun hazırlıqlarını davam etdirən "Qəbələ" yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Roman Qriqorçukun futbolçuları klubun əvəzedici komandası ilə qarşılaşıb. Əsas komanda 7:1 hesabı ilə qalib gəlib.
Əsas komanda  Qəbələ şəhər stadionundakı matça aşağıdakı heyətlə başlayıb:
Dmitri Bezotosnı, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Vitali Vernidub, Elvin Camalov, Teo Uiks, Roman Hüseynov, Filip Ozobiç, Asif Məmmədov, Baqali Dabo.
Qriqorçuk oyunun gedişində Rəşad Eyyubov, David Pietrzkieviç, Sadiq Quliyev, Tellur Mütəllimov, Murad Musayev, Petar Franyiç, Qismət Alıyev, Ramil Hasanov, Ehtiram Şahverdiyev və Hacıağa Hacıyevə də şans verib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right