"Kəpəz" AZAL üçün hazırlaşır

Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la qarşılaşacaq “Kəpəz” bu gündən məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, Bakıda hazırlıq keçən komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.

“Sarı-göylər”in oktyabrın 13-14-ü tarixlərində keçiriləcək məşqləri də eyni ünvanda olacaq. Hazırlıq prosesi saat 11:00-da başlayacaq.

“Kəpəz”in oyun öncəsi son məşqi matçın keçiriləcəyi “AZAL Arena”da saat 15:30-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right