Cavid Hüseynovu azadlığa çıxaran vəkil: "Qərar ədalətli olmasa da..."

Cavid Hüseynovun azadlığa buraxılmasında ikinci vəkili İlqar Musayevin rolu danılmazdı. Onun müvəkilli ilə bağlı hazırladığı çıxış məhkəmənin qərarına böyük ölçüdə təsir etdiyini əminliklə söyləmək olar.
 
Newsport.az-ın məlumatına görə,  Vəkil müdafiəsində konkret faktlara söykənərək Cavidin günahsız olduğunu isbatlamışdı.
 
Gec-tez məhkəmə baş tutdu və vəkil istəyinə çatdı. Cavid azadlığa çıxandan sonra isə İlqar bəy bunları söyləyib.
 
- Axır ki, istəyiniz reallaşdı...
- Bəli, gözlədiyimiz reallaşdı. Apellyasiya məhkəməsi əvvəlki məhkəmənin qərarını dəyişdirdi. Cavid Hüseynova verilmiş ilk ittihamlardan olan cinayət məcələsinin 307.1 maddəsi qüvvədən çıxarıldı. Cinayət məcələsinin 307.2 bəndi üzrə verilmiş cəza isə azaldıldı.
 
- Son qərarı necə izah edə bilərsiniz?
- Düşünürəm ki, Cavid Hüseynov bəraət almalıdı. Son məhkəmə qərarını tam da ədalətli hesab etmirəm. Ədalətli olmasa da, sevindirici haldı ki, Cavid Hüseynov azadlıqdadı. Artıq ailəsinə və sevdiyi futbola qovuşub.
 
- Belə çıxır ki, Cavid 1 il 2 ay günahsız yerə dəmir barmaqlıqlar arasında qalıb...
- Mən də belə düşünürəm. Düzdü, məhkəmə belə düşünmədi. Apellyasiya da belə bir qərar çıxara bilmədi. Çünki Cavid bəraət almadı. Apellyasiya Səbail Rayon Məhkəməsinin qərarını dəyişdirdi. Sadəcə, ittihamların bir hissəsi qismən Cavidin üzərindən götürüldü. Mən hələ də hesab edirəm ki, Cavid Hüseynovun əməllərində heç bir cinayət tərkibi olmadığı üçün o, bəraət almadı.
 
- Yəni?
- Hər iki halda Cavid azadlıqdadı. Ancaq Cavidin bəraət alması ilə, hökmün dəyişdirilərək , ona istinad edilmiş ittihamların bir hissəsinin götürülməsi arasında fərq var. Hal-hazırda Cavid qanuni şəkildə məhkəmənin hökmü ilə 1 il 2 ay müddətində cəzasını çəkmiş hesab olunur. Ancaq bəraət hökmündə futbolçunun işin başından bəri heç bir günahının olmadığı müəyyən olunur.
 
- Ümumiyyətlə, bu prosesə əvvəlcədən gəlməyinizi necə şərh edərdiniz?
- Bu prosesə Cavidin anası ilə bağlanmış müqavilə əsasında çıxdım. Apellyasiya məhkəməsində artıq bu işə qoşuldum. Bu işə başlamamışdan öncə Cavidin sənədlərinə baxdım və onun həqiqətən də günahsız olduğunu gördükdən sonra başlamağa qərar verdim. Hesab edirəm ki, düz edib bu işə qoşulmuşam.
 
futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right