Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində baş tutacaq "Qarabağ” – "Sumqayıt” matçının keçiriləcəyi məkan müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, qarşılaşma "Azərsun Arena”da keçiriləcək.
Bununla da ağdamlılar cari mövsümdə ilk dəfə bu arenanın xidmətindən yararlanacaq. Bundan başqa, yüngül zədəsi olan Reynaldo “kimyaçılar”la matçda oynamaq iqtidarındadı.
Qeyd edək ki, stadionun ot örtüyü qaydasında olmadığından “atlılar” bu mövsüm ev oyunlarını Masazırdakı “Əlincə Arena”da keçirirdi.
Azərbaycan