Bu gün Azərbaycan kubokunda yeni mövsüm start götürəcək.
Newsport.az-ın məlumatına görə, ölkə kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün iki oyun keçiriləcək. 1/8 final uğrunda matçların hər ikisi Bakıdan kənarda - qərb bölgəsində baş tutacaq. "Turan Tovuz" "Bakılı"nı, "Şəmkir" isə "Qaradağ Lökbatan"ı qonaq edəcək.
Bu cütlərin qaliblərinin 1/8 finaldakı rəqibləri isə artıq məlumdu. "Turan Tovuz" - "Bakılı" cütünün qalibi "Zirə", "Şəmkir" - "Qaradağ Lökbatan" cütünün qalibi isə "İnter"lə qarşılaşacaq.
Azərbaycan kuboku, 1/16 final
12 oktyabr
14:00. “Turan Tovuz” - “Bakılı” - 4:0
Qollar: Rəhman Musayev, 27, 61, 68, Tuqay Alhüseynli, 71
Tovuz şəhər stadionu
14:00. “Şəmkir” – “Qaradağ Lökbatan” - 1:2
Qollar: Rüfət Məmmədov, 42 (0:1), Şahin Baleljae, 44 (1:1), Bəxtiyar Soltanov, 90 (1:2)
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu