Rəşad Sadıqov: "Qəhrəmanları danışdırın, qəhrəmanları"

Çexiya ilə səfər qarşılaşmasında meydana zədə səbəbindən çıxa bilməyən millimizin kapitanı Rəşad Sadıqov matçdan sonra müsahibə verib. 

- Uşaqlar əjdaha kimi vuruşdu. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq.

- Meydana çıxmaq istəmirdin?
- Partlayırdım e! Ürəyim partlayırdı. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər.

- Buna baxmayaraq, 2-ci hissədə isinmə hərəkətləri edirdin.
- Bu, yalnız fövqaladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər.

- Zədən nə dərəcə şiddətlidi? Avropa Liası matçına çıxa biləcəksən?
- İndi bu suala cavab verə bilmərəm. Qəhrəmanları danışdırın, qəhrəmanları.

futbolinfo.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right