Dünya çempionatının semə mərhələsinin 3-cü turunda keçirilən Çexiya - Azərbaycan oyunundan (0:0) sonra AFFA prezidenti Rövnəq Abdullayev fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Abdullayev nəticəyə görə Prosineçkiyə təşəkkür etdiyini bildirib. AFFA prezidenti nəticənin gözlənilməz olduğunu, amma eyforiyaya qapılmağa lüzum olmadığını da vurğulayıb:
“Әla nәticәdi. Komandanı tәbrik edirәm. Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq.
Gözlәnilmәzdi, ancaq gәlin eyforiyaya qapılmayaq. Mükafat mövzusunu da qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq”.