Hakimi təhqir edən azərbaycanlı futbolçuya sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Turan-Tovuz” – "Səbail” matçında "Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
"Şəmkir” – "Bakılı” matçının 89-cu dəqiqəsində "Bakılı”nın futbolçusu Vüsal Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
"Şərurspor” – "Göyəzən” matçının 25-ci dəqiqəsində "Göyəzən”in futbolçusu Asim Babazadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 320 manat cərimə olunub.
 

"Şahdağ” – "Qaradağ Lökbatan” matçında Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right