DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyanın qonağı olacaq millimizin start heyətində dəyişiklik olacaq.
Newsport.az-ın məlumatına görə, yığmamız bu oyuna Rəşad Sadıqovsuz çıxacaq.
Bugünkü oyunda kapitanı Bədavi Hüseynov əvəz edəcək. Əvvəldən də zədəsi olan müdafiəçinin adını baş məşqçi Robert Prosineçki dünən oyunöncəsi mətbuat konfransında “11-liy”ə saldığını desə də, zədə səbəbindən kənarda qala biləcəyini də istisna etməmişdi
Qeyd edək ki, Çexiya - Azərbaycan görüşü 22:45-də başlayacaq (futbolinfo.az).