Millimiz Çexiyada tarix yazdı! YENİLƏNİB

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası qərarlaşdığı C qrupunda 3-cü oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi millimiz Ostravada Çexiya yığmasının qonağı olub.

İlk iki oyunda maksimum nəticə göstərən və qapısında qol görməyən millimiz "Vitkovitse" stadionunda keçirilən oyunda da qapısını toxunulmaz saxlaya bildi və nəticədə 1 xal qazanaraq qrup ikinciliyini qorumuş oldu.
 
Qeyd edək ki, millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək. 

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

III tur, 11 oktyabr

22:45. Çexiya – Azərbaycan 0-0

Baş hakim: Matey Yuq

Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)

Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)

UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. “Vitkovitse” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right