"Onun Prosineçkini məşqçi kimi tanımaması gülməlidi" - Rahid Əmirquliyev

DÇ-2018-in seçmə mərhələsində sabah Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Əmirquliyev onları ağır oyun gözlədiyini deyib:

- Çexiya barədə çox danışmağa ehtiyac yoxdu. Bu komandanı hamı tanıyır. Bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni əldə edək.

- Rəqib baş məşqçi oyunöncəsi mətbuat konfransında Prosineçkini yalnız futbolçu kimi tanıdığını dedi. Oyununuzla Prosineçkini ona məşqçi kimi də tanıtmağa hazırsız?
- Onun Prosineçkini məşqçi kimi tanımaması gülməlidi. Sabah meydanda oyunumuzla özümüzü sübut edəcəyik.

- Sabahkı oyunda qələbə qazansaz, özünüzü qrupdakı yerinizi təmin etmiş sayacaqsız?
- İlk iki oyundan 6 xal qazanmışıq. Bura da yaxşı nəticə əldə etmək üçün gəlmişik. Çalışacağıq, yaxşı nəticə əldə edib, qrupdakı mövqeyimizi saxlayaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right