Zərərçəkənin dayısı təkzib edirsə... - AFFA-dan açıqlama

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Norveç matçını izləmək üçün Bakı Olimpiya Stadionuna gedən azarkeş Zahidov Nahid Hafiz oğlu körpünün arasındakı boşluğa yıxılıb, ölümcül xəsarət almışdı. Sabunçu Rayon 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilən xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoyulmuşdu.

Hadisəyə AFFA-nın da reaksiya verdiyi, federasiyanın baş həkimi Mahir Əliyevin azarkeşə baş çəkməsi və azarkeşin bütün xəstəxana xərclərini qarşılamağı təklif etməsi barədə məlumat vermişdik. Daha sonra isə Zahidovun dayısı İmran Şəbiyev açıqlama verərək, iddianı təkzib etmiş, AFFA-nı yalan danışmaqda günahlandırmışdı.

Newsport.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu açıqlama verib. Federasiya rəsmisi zərərçəkənin dayısıyla yox, atasıyla danışdıqlarını bildirib:

"Baş həkimimiz Mahir Əliyev hadisədən az sonra xəstənada olub, xəstənin atası ilə söhbətləşmiş, son durum haqda məlumat əldə edib. Əməliyyat xərclərinin dövlət tərəfindən qarşılanması haqda valideynə məlumat verilib. Bildirilib ki, əlavə nə xərc olarsa, bunu AFFA qarşılamağa hazırdı.

Daha donra dayısı və ya kimsə təkzib edirsə, bu haqda nəsə bildirməyin ciddiyyətə aidiyyatı yoxdu.

Baş həkimimiz xəstənin atasıyla sonuncu dəfə 3 saat əvvəl əlaqə saxlayıb. Atası xəstənin səhhətində irəliləyişin olduğunu deyib. Valideynə bir daha assosiasiyanın onlara dəstək olacağı haqda məlumat verilib".  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right