DÇ-2018-in seçmə mərhələsində sabah Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti bəlli olub.
Newsport.az-ın məlumatına görə, millimizin baş məşqçisi Robert Prosineçki ənənəsinə sadiq qalaraq, start heyəti oyundan bir gün öncə təşkil edilən mətbuat konfransında açıqlayıb. O, zədəsi olan kapitan Rəşad Sadıqovun sabahkı oyunda meydana çıxıb-çıxmayacağının hələ ki, dəqiqləşmədiyini deyib.
Xorvvat mütəxəssis Çexiya ilə oyunda aşağıdakı futbolçulara start heyətində şans verəcək:
Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov (Bədavi Hüseynov), Maksim Medevedev, Arif Daşdəmirov, Namiq Ələsgərov, Rahid Əmirquliyev, Qara Qarayev, Dmitri Nazarov, Ruslan Qurbanov, Ramil Şeydayev.