Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda 6-cı turuna yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutub.
"Rəvan” doğma meydanda MOİK-ə uduzub. "Qaradağ Lökbatan” isə ardıcıl 3-cü məğlubiyyətini alıb.
Birinci Divizion
6-cı tur
9 oktyabr
"Rəvan” - MOİK - 1:3
Qollar: Ceyhun Abdullayev, 90+2 - Rəfail Qəvami, 8; 80. Elvin Həsənəliyev, 76.
"Zaqatala” - "Mil-Muğan” - 4:0
Qollar: Oruc Balaşlı, 41. Emin Mehdiyev, 42. Sərxan Abdullayev, 47. Cavad Kazımov, 80.
"Şahdağ” - "Qaradağ Lökbatan” - 2:1
Qollar: Elmin İsmayılzadə, 47. Viktor Emenayo, 70 - Rüfət Məmmədov, 28.
"Ağsu” - "Energetik” - 5:1
Qollar: Akif Tağıyev, 3. Əli Bağırov, 10; 22; 85. Elnur Səmədov, 19 - Elvin Əlizadə, 71