DÇ-2018-in seçmə mərhələsi çərçivsində keçirilən Azərbaycan - Norveç matçından öncə üzücü xəbər aldıq. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı izləmək niyyətində olan Zahidov Nahid Hafiz oğlu arenaya kəsə yoldan gəlmək istəyərkən, körpünün arasındakı boşluğa yıxılıb.
O, dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və 21:30-da əməliyyata alınıb. Qarşılaşma başa çatandan sonra Futbol11.az əməkdaşımız sözügedən xəstəxanaya yollanıb. Hazırda xəstəxanada olan əməkdaşımız əməliyyatın başa çatmasını gözləyib və azarkeşin durumu ilə maraqlanıb.
Əməliyyat başa çatandan sonra danışan Zahidovun həkimi Dossent Kazımov Aydın onun durumu ilə bağlı bunları deyib.
- Millimizin oyununa gedərkən körpüdən yıxılan Nahid Zahidovun durumu necədi?
- Xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılmas, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoymuşuq.
- Həyatı üçün təhlükə varmı?
- Bəli. Xəstə hazırda reanimasiya şobəsinə yerləşdirilib. Həyatı üçün təhlükə ondan ibarətdi ki, çoxlu orqanlarda zədələnmələr var. Hər şeyi valideyinlərinə də başa salmışıq. Şükür allaha ki, hələlik salamatçılıqdı.
- Əməliyyat neçə saat davam etdi?
- 3 saatdan yuxarı.
Qeyd edək ki, əslən Lerik rayonundan olan olan Nahid hərbi xidmətdən yeni gəlib. O, ailənin iki övladından biridi. Bir bacının qardaşı olan Zahidov Koperasiya Universitetinin məzunudu.