Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində doğma azarkeşləri önündə Norveçi 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra millimizin futbolçusu Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb.
- Oyunun qəhrəmanı özünü görürsən, yoxsa qol vuran futbolçunu?
- Mən nə etdim ki? Düzdü, qol buraxmamağım uğurdu. Mən hər zaman demişəm ki, qol buraxmaq uğur sayılmır. Uğur odu ki, qələbə qazanaq. Futbol tək idman növü deyil ki, hər şeyi özündə görəsən.Düzdü, bir az ağır oyun oldu. Belə deyək, nəticə vermək bizi belə oynamağa məcbur etdi. Düşünürəm ki, bizə yaxşı oynamaqdansa, nəticə lazım idi. Ümid edirəm ki, yaxın gələcəkdə belə qələbələrimiz çox olacaq.
- Əlcəyinə nə olmuşdu?
- Əlcəyimə heç nə olmayıb. Sadəcə yaş olduğuna görə əlcək palçıq oldu. Palçığı təmizləmək istəyəndə içi qopdu və mən onu dəyişmək məcburiyyətində qaldım
- Demək olar ki, əsas iş sənə düşdü?
- Hər kəsin üzərinə iş düşdü. Hər bir futbolçu üzərinə düşün işin öhdəsindən gəlməli idi. Vuruşmaq lazım idi ki, bunu da etdik.
- Meydança kələ-kötür idi?
- Meydança elə bir halda idi ki, topu vurmaqda, ayaq üstə durmaqda çətnlik çəkirdim. Deüməzdim ki, kələ-kötür idi. Sadəcə, meydança çox yumuşaq idi. İstənilən halda, torpaq ayağın altından qaçırdı. Dünən də burda məşq etməmişdik. Şükürlər olsun ki, hər şey yaxşı oldu.
- Kamran topu daxil edəndə biraz ləng hərəkət edirdin…
- Bəzən elə hallar olur ki, oyun səni o cür oynamağa məcbur edir. Təbii ki, məşqçi oyunu, taktikan maket üzərindən göstərir, amma matçda fantaziya sənin öz üzərinə düşür. Oyun qaydalarından, məşqçinin göstərişlərindən çıxmamaq şərti ilə öz oyun fantaziyanı göstərə bilərsən. Oyunun çətinliyi, nəticəyə uyğun olaraq elə oynamağa məcbur edirdi. Ondan da əlavə, meydança amili də təsir göstərirdi. Bəzi vəziyyətlərdə mən topu qırağa vururdum, yəni top ayağımdan qaçırdı.
- Tofiq Bəhramovda oynamaq asandı, yoxsa Olimpiya Stadionunda?
- Harda oynamağımızın fərqi yoxdu. Təki, öz meydanımızda oynayaq və xalq bizə dəstək olsun.
- Rövnəq Abdullayev oyundan sonra futbolçularla görüşdü. Qələbəyə görə veriləcək mükafatın məbləğini açıqladı?
- Mən orda deyildim, düzünü deyə bilmərəm
- Bu gün milli komandada qalib gəldin. Ancaq klubun "Boavişta" Portuqaliya kubokunda məğlub oldu...
- Klub haqqında danışmaq istəmirəm. Hazırda millinin heyətindəyəm. Kluba qayıdım, "Boavişta" haqqında danışarıq.
-Çexiya ilə çətin dəfər oyunu haqda nə deyə bilərsən?
-Əlbəttə, çətin olacaq. Nəticə qazanmaq üçün vuruşmalıyıq. Ən əsas meydançaya çıxan futbolçu arxayın olmamalı, özünə güvənməlidi.
- Kamran, millidə növəti qələbəni qazandın. Qafiyə gedər?
- Lazım olsa gedər (gülür).