Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində doğma azarkeşləri önündə Norveçi 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra millimizin fkapitanı Rəşad Sdıqov jurnalistlərin suallarını cavablandırıb.
- Tarixi qələbə qazandınız...
-Oyun gözlədiyinmiz kimi başlamadı. Erkən qol vurduq. İlk 15 dəqiqədə ehtiyatlı oynayıb, sonrada öz oyunumuzu oynamaq planımız var idi. Erkən qol bizi daha da ehtiyatlı oynamağa vadar etdi. Qoldan sonra rəqibimiz daha da hücuma atıldı ki, biz oyunumuzu müdafiədən qurmağa məcbur olduq. Əsas odu ki, komanda sona qədər vuruşdu, hüç kim qorxmadı, heç kim çəkinmədi. Rəqibin heyətində səviyyəli futbolçuların sayı çox idi. Əsas odu ki, sona qədər dözdük və qələbə qazandıq. Albaniya, İslandiya kimi ölkələr bizə nümunədi ki, döyüşə-döyüşə, boğuşa-boğuşa yaxşı mübarizə aparırlar. Bu gün də bizə üç xal lazım idi və bunu da mübarizə sayəsində qazandıq.
-İkinci qolu da vura bilərdik...
İmkanlarımız var idi. Əsas üç xaldı ki, onu da qazandıq.
- Qarşıda Çexiya ilə çətin oyun var. Komandada psixoloji durum necə olacaq?
- Ən böyük problem olacaq ki, üçüncü gün oynayacağıq. Özünüz də bilirsiniz ki, əvvəlki oyunlarda bizdə problemlər olmuşdu. Böyük ehtimalla məşqçilər də bu barədə düşünürlər. Yəqin məşqçimizin də atdığı addımlar olacaq. Biz də əlimizdən gələni edəcəyik ki, oyuna hazır olaq.
- İlk hissədə epizodların birində zədə aldın. Deyəsən, baş məşqçi səni əvəzləmək istəyirdi, ancaq sən istəımədin...
- Bir az ağrılarım oldu. Ancaq zədə önəmli deyil. Oynamışıq, başa vurmalıyıq və bundan şikayət etmək istəmirəm.
- Ramil Şeydayevin oyununu necə dəyərləndirirsən?
- Şeydayev oyuna çox fəal girdi. Həttta qol epizodları da var idi. O, bu gün öz ustalığını göstərdi. Bu, bizim üçün sevindirici haldı.
- Səncə, Şeydayevdə çatışmayan cəhət nədi?
- Onun yaşını nəzərə almaq lazımdı. Fikirləşirəm ki, Şeydayev gələcəkdə bizim üçün çox önəmli futbolçulardan biri olacaq.
- Stadionun ot örtüyündən razı qaldınız?
- Çox ağır idi. Bilirdik ki, yeni ot örtüyüdü və belə ağır olacaq. Həqiqətən ağır oldu. Çox şükür ki, bu durum qol vurmağımıza mane olmadı.