"Nəticə kimi qane etmirsə əlini qaldırsın" - Rövnəq Abdullayev

"Hamımız sevincliyik. Qələbə kimi qane etməyə bilər? Nəticə kimi qane etmirsə əlini qaldırsın".

Newsport.az-ın məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi Norveçlə matçdan sonra deyib.

“Rəqib güclü və iddialı komanda idi. Hətta norveçli jurnalistlər dünən millimizin mətbuat konfransına da gəlməmişdilər. Sanki hər şeyi həll etmişdilər. Ancaq biz arxayın həyat yaşamırıq. Mənim üçün necə oynamağımızın fərqi yoxdur. Çox sevinirəm ki, 2 oyundan 6 xalla Azərbaycan qrup lideridir. Bu, bizim tariximizdə olmayıb. Hamınızı təbrik edirəm". 

 
AFFA prezidenti seçmə mərhələyə "Niyə də yox?" şüarı ilə başladıqlarını xatırladaraq, "Komandamızın heç kimdən çatışmazlığı yoxdur, əksinə artıqdırlar. Ona görə də dedim ki, gedin, vuruşun, qazanın" söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right