DÇ-2018-in seçmə mərhələsinin bu gün keçirilən Azərbaycan – Norveç oyununu (1:0) izləyənlər arasında prezident İlham Əliyevin ailə üzvləri də olub
Newsport.az-ın məlumatına görə, matçı Bakı Olimpiya Stadionunda izləyənlər arasında prezident İlham Əliyevin qızları-Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və bacısı Arzu Əliyeva da olub.
Eyni zamanda onlarla birgə stadiona dünya şöhrətli aktyor Stiven Siqal, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev və digər rəsmi şəxslər də gəlib.
Bundan başqa Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov da Olimpiya Stadionuna təşrif buyuranlar arasında olub.