DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Norveç üzərində 1:0 hesabı ilə qalib gəlib.
Newsport.az-ın məlumatına görə, arşılaşmdan sonra yığmamızın baş məşqçisi Robert Prosineçki oyunla bağlı fikirlərini bildirib.
"Dünən dedim ki, oyun çətin olacaq. Bunu əvvəlcədən bilirdik. Çox xoşbəxtəm ki, komandam 3 xalı qazandıq. Bu, bütün Azərbaycan üçün vacib qələbə idi. Hamınızı təbrik edirəm. Təəssüflər olsun ki, bizi 3 gündən sonra vacib oyun gözləyir. Sabah Çexiyaya yola düşürük. Əzmkarlıqla səfərdən xalla qayıtmağa çalışacağıq".
- Çexiya ilə oyundan öncə bu qələbə komandada özünə arxayınlıq yaratmayacaq ki?
- Bu suala cavab vermək çətindi. Oyundan sonra komandayla danışdım. Onlara dedim sevinin, ancaq qarşıdakı Çexiya ilə oyunu da unutmayın. Həkimlərlə danışacağıq. Hansı oyunçuların fiziki cəhətdən daha hazırlıqlı olduğuna baxacağıq. Çexiya ilə oyunda bu matçda oynamış futbolçulardan kimsə oynamasa, bu demək deyil ki, həmin futbolçu zəif çıxış edib. Sadəcə, ola bilsin, bəzi futbolçular ağır oyundan sonra Çexiya ilə matça kimi hazır olmasın.
Bilmirəm, 3 gün sonra oyunumuzun olması bizim xeyrimizədi, yoxsa ziyanımıza. Məncə, bu qələbə səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün bizə motivasiya verəcək.
- Komandanın tam oyunundan razı qaldınız?
- Biz futbolu nəticə üçün oynayırıq. Oyundan öncə komandaya təzyiq var idi. Biz bunu bilirdik. Ancaq necə bir rəqiblə oynayacağımızı da bilirdik. Əsas heyətdə meydana çıxan futbolçular əlindən gələni etdi. Azərbaycan üçün tarix yazdıq. Bu, bir ilk idi.
- Araz Abdullayevlə Rauf Əliyev niyə oynamadı?
- Siz qələbəyə sevinirsiz, yoxsa yox? Fikrimcə, onlar oynamağa tam hazır deyildilər. Heyətlə bağlı səhvlərə yol vermədim.
- Ufuk Budakın oyunlarına baxmısızmı? Baxmısızsa, heyətə niyə cəlb olunmur?
Ufuk Budakı Avstriya toplanışa dəvət etmişdim. Onun durumu məni qane etmədi.
- Ağabala Ramazanov xeyli top itkisinə yol verməsinə baxmayaraq meydan da qaldı ...
- Ağabala isə sürətli futbolçudu. Onun oyunundan razı qaldım. Top itkiləri normaldı. Özüm demişəm ki, rəqibin cərimə meydançasında risk edin, müdafiəçiləri keçməyə edin. Ramazanov bu gün 5 futbolçunun yerinə oynadı.
- Artıq qrupda 6 xalımız var. Möcüzəyə inanırsımı?
- Mən optimistəm, siz isə hamınız pessimistsiz.Bu komanda ilə nəticə göstərə bilərik. Güclü rəqiblərə qarşı mübarizə aparmalıyıq. Oyunlarımız da tədricən yaxşıya doğru gedir. Ümid edirəm ki, siz də möcüzəyə inanacaqsız. Görünür ki, belə qələbələr də mümkündü.
- Ot örüyündən və azarkeşlərdən razı qaldız?
- Azarkeşlərin dəstəyi möhtəşəm idi. 90 dəqiqə ərzində komandanı dəstəklədilər. Məndə olan məlumata görə bu gün stadionda 25-30 min azarkeş var idi. Qələbədə onların əziyyəti də çox oldu. Qazonun vəziyyəti yaxşı deyildi. Oyundan öncə UEFA meydançada məşq etməyə icazə vermədi. Ancaq əsas odu ki, bu gün qələbə qazandıq. Məncə, qələbədən sonra ot örtüyündən danıçmaq yersizdi.
- Bir dostum var, mənə dedi ki, Çexiya ilə oyunda Azərbaycan yığmasının qələbəsinə pul qoymaq istəyirəm. Ona nə məsləhət görərdiz?
- Mən Çexiya millisini AÇ-2016-da izləmişəm. Xorvatiya ilə bir qrupda idi. Ancaq Avropa çempionatından sonra millinin heyəti dəyişib. Onu deyə bilərəm ki, Çexiya futbol ənənəsi olan ölkədi. Əlimizdən gələni edəcəyik ki, səfərdən yaxşı nəticə ilə qayıdaq.