"Nəticəyə görə çox məyusuq" - Norveç millisinin baş məşqçisi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Norveç üzərində 1:0 hesabı ilə qalib gəlib.
 
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra baş məşqçisi Per Matias Hoqmo oyunla bağlı fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablayıb.
 
"Azərbaycan millisini qələbə münasibəti ilə təbrik edirəm. Nəticəyə görə çox məyusuq".
 

- Oyunöncəsi mətbuat konfransında ötən seçmə tsikldə, 8-ci km stadionundakı oyunda ot örtüyünün rənglənməsindən şikayətlənmişdiz. Bu dəfə necə? Ot örtüyündən razı qaldız?
- Meydança yaxşı vəziyyətdə idi. Oyun zamanı bir neçə dəfə asma etsək də, bundan istifadə edə bilmədik.

- Bu nəticədən sonra istefa verməyi düşünmürsüz?
- Keçən mərhələdə Azərbaycan millisində 4 xal qazana bilmişdik. Ancaq bundan sonra San Marino ilə oyuna köklənməliyik.

- Oyundan öncə San Marino və Azərbaycanla oyunlardan 6 xal alacağınızı demişdiz. Düşünmürsüz ki, bu sözləriniz millimizi bu oyunda daha da çox kökləyib?
- Ötən seçmə mərhələdə Osloda bizdən xal almağı bacarmışdız. Bu, futboldu. Burda hər cür nəticə olur.

- Oyun zamanı əsasən, asmalardan istifadə edirdiz. Başqa oyun modeliniz yoxdu?
- Azərbaycan millisi mərkəzdən müdafiə olunurdu. Bizim hücum üçün başqa şansımız yox idi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right