Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən komandalar - "İnter” və "Zirə arasında yoxlama oyunu baş tutub.
Newsport.az-ın məlumatına görə, "İnter Arena”da baş tutan matçda 6 qol qeydə alınıb. Belə ki, "İnter” ötən mövsümün "gümüş” mükafatçısını 5-1 hesabı ilə məğlub edib.
"Bankirlər”in qollarına Nizami Hacıyev (2), Pərdis Fərcad-Azad (1), Slavik Alxasov (1) və Məmməd Quliyev imza atıblar.
Qeyd edək ki, "İnter” Azərbaycan Premyer Liqasının növbəti turunda öz meydanında "Qəbələ” ilə, "Zirə” isə doğma azarkeşləri önündə "Neftçi” ilə qarşılaşacaq.