“Sumqayıt” “Neftçi”ni məğlub etdi

Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Neftçi” yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar” "Sumqayıt”la qarşılaşıb. 
 
"Kapital Bank Arena”da baş tutan oyun "Sumqayıt”ın 1-0 hesablı qələbəsi ilə başa çatıb. "Gənclik şəhəri” təmsilçisi matçın sonuna bir neçə dəqiqə qalmış  qələbə qolunu vurmağı bacarıb. 
 
Qeyd edək ki, "Neftçi” Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Zirə” ilə, "Sumqayıt” isə səfərdə "Qarabağ”la qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right