Millimizin sabiq qapıçısı 42 yaşında karyerasını bərpa etdi

Milli komandamızın sabiq qolkiperi Hüseyn Məhəmmədov peşəkar karyerasını bərpa edib.

Newsport.az-ın məlumatına görə, 42 yaşlı veteran futbolçu məşqçi kimi çalışdığı I divizion təmsilçisi "Qaradağ Lökbatan"ın uğurları üçün tər tökəcək.

Onun adı PFL-in iştirak ərizəsinə daxil edilib. Məhəmmədov paytaxt klubunda 4 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, karyerasını 2009-cu ildə başa vuran Hüseyn Məhəmmədov "Turan Tovuz", "Kəpəz", "Şəmkir", "Maşın Sazi" (İran), "Neftçi", AZAL, "Karvan" və "Standard" klublarında çıxış edib. O, 1998-2003-cü illərdə Azərbaycan millisinin şərəfini qoruyub və yığmada 12 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right