"Başa düşürük ki, Norveç San Marino deyil" - Maksim Medvedev

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Norveç yığmasını qəbul edəcək.
 
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan bir gün öncə təşkil edilən mətbuat konfransında millimizin müdafiəçisi Maksim Medvedev də oyunla bağlı fikirlərini bildirib:
 
"Son oyunumuzda qalib gəldik. Bu tempdə davam etmək istəyirik. Başa düşürük ki, Norveç San Marino deyil. Ancaq öz üzərimizdə işləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək".
 
- Heyətdən görünür ki, sabah mərkəz müdafiəçisi mövqeyində çıxış edəcəksən. Bu, sənin üçün çətinlik yaratmayacaq ki?
- Bu mövqedə oynamışam. Rəşadla yanaşı oynayanda problem olmur. Təcrübəli futbolçudu. Sabah da onunla yanaşı oynayacam. Bədavi ilə də bu mövqedə birlikdə çıxış etmişəm. Milli öz oyununu qura bilsə, mənim üçün sonuncu müdafiəçi kimi oynamaqda heç bir çətinlik olmayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right