Rəşad Sadıqov: "Bu, mənim üçün ən yaxşı halda son seçmə mərhələdi"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi Norveç yığmasını qəbul edəcək.
 
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında çıxış edən seçməmizin kapitanı Rəşad Sadıqov oyunla bağlı əməkdaşımızın da suallarını cavablandırıb.
 
"İlk ev oyunumuza çıxacağıq. Bizim üçün vacib oyundu. Azarkeşlərin gözləntilərini də bilirik. Bizi gərgin və maraqlı oyun gözləyir. Əvvəlki illərə nisbətən Norveç millisi hücumda indi daha sürətli oynayırlar. Bu da o deməkdi ki, müdafiədə çətinlik yaşadacaqlar. Ancaq çalışacağıq ki, nəticə bizim üçün yaxşı olsun".
 
Kapitan Norveçdən gələn jurnalistlərin bizimkilərin mətbuat konfransına maraq göstərməməsi ilə bvağlı sualı isə belə cavablandırıb: "Onların burda olmağı bizə maraqlı deyil. Onlar bizi qeyri-ciddiyə ala bilərlər, amma Norveç millisi inanmıram ki, bizə eyni münasibəti göstərsin. Çünki son olaraq bizimlə ev oyunlarında qolsuz bərabərə qalıblar. Norveçli jurnalistlər isə özlərinə hörmətsizlik edirlər. Bizim üçün vacib olan sizsiniz. Sizin olmağınız bizim üçün yetərlidi". 

"Fiorentina" ilə oyunda zədələnən Sadıqov sabahkı oyunda iştirak etməyə hazır olduğunu bildirib: ""Fiorentina" ilə oyunda zədələnmişdim. Çox şükür ki, zəddə ciddi deyil. Baş məşqçi etimad göstərəcəyi halda oynamağa hazıram. Əlimdən gələni edəcəm ki, komandamıza xeyirim dəysin".
 
"Karyeranın sonları olduğunu bilirik. Bunu düşünərək qrupdan çıxmaq haqda fikirləşəndə "Niyə də yox" deyirsənmi" sualını isə kapitan belə cavablandırıb: 
"Qrupdan çıxmağı mənim qədər istəyən yoldu. Çünki, bu, mənim üçün ən yaxşı halda son seçmə mərhələdi. Bəlkə də qrupun ən önəmli oyununa çıxacağıq. Hər şeyi gözəl dərk edirik. Karyeramın sonunda mənim üçün bundan gözəl hədiyyə ola bilməz". 
 
Təcrüəbli futbolçu "Qarabağ" da olduğu kimi sabahkı oyunun gedişində hücumlara qoşula bilərsinizmi?" sualını belə cavablandırıb:

 

"Qarabağ"ın və millinin rəqibləri tam fərqlidir.Millidə müdafiəyədə daha diqqətli olmalıyıq. Qarşı tərəf imkan versə, hücumlarda iştirak edirəm.Millidə də hücumlara qoşuluram.Sadəcə olaraq son zamanlar standart vəziyyətlərdən qol vura bilmirəm. Təbii ki, hər şey oyunun gedişindən aslıdır. Niyə də yox?(gülür)"


 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right