Prosineçki Olimpiya stadionundan imtina etdi

Sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq Azərbaycan milli komandası hazırda oyun öncəsi son məşqinə çıxmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, son məşqi oyunun keçiriləcəyi Olimpiya stadionunda keçməli olan milli komandamız burada hazırlıq keçməkdən imtina edib. Səbəb isə stadionun ot örtüyünün yararsız hala düşməməsi üçün atılmış addım olub. 

Buna görə də, millimiz son məşqi Bakı Olimpiya stadionun yardımçı meydançasında keçir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right