"Neftçi"də üç yeni legioner

İlk dövrədə yaranmış fasilədən istifadə edən "Neftçi" hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, bu müddət ərzində bakılılar 3 yeni futbolçunu sınaqdan keçirəcək.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məlumat verib. Onun sözlərinə görə, üçü də legioner olan oyunçular azad agent statusu daşıyır. "Neftçi"nin onlarla müqavilə bağlaması üçün futbolçular ilk növbədə baş məşqçi Elxan Abdullayevin etimadını doğrultmalıdı. 

 

Klub rəsmisi legionerlərin adlarını çəkməsə də, bizdə olan məlumata görə, bunlar braziliyalı Conas Enrike Pessali, latviyalı yarımmüdafiəçi Aleksandr Fertov və monteneqrolu qapıçı Boban Baykoviçdi. Klub hər üç futbolçu ilə bağlı gün ərzində rəsmi məlumat yayacaq.
 
Futbol11.az 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right