Bu gün AFFA Klublar Komitəsinin iclasının keçirildiyini xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, iclasdan sonra "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl jurnalistlərin suallarını cavablandırıb. Klub rəsmisi "köhlən atlar"ın son vaxtlar uğursuz çıxış etməsinə də toxunub:
- "Qarabağ"ın hazırki durumu barədə nə deyə bilərsiz?
- Bu, hər bir klubun başına gələ bilər. Bunu "qara zolaq" kimi qəbul etmək olmaz. Çətin səfər oyunlarımız oldu. "Qarabağ"a dəstək olmaq lazımdı. Bu oyunlarda yaxşı təsir bağışlasaq da, xal qazana bilmədik.
- Düşünmürsüz ki, Rəşad Sadıqovun klubun U-19 komandasına məşqçi təyin olunması erkən verilmiş qərar idi?
- Xeyr. Bunun onun gələcəkdə yaxşı məşqçi olmasına xeyir verəcəyini düşünürəm. Bunun onun oyununa təsir edəcəyini düşünmürəm.
- Komandada müdafiə xəttində problemlər olsa da, qapıçı Emil Balayevi transfer etdiz...
- Emili yeni transfer saymaq olmaz. O, uzun müddətdi komandamızla məşq edir. O ki qaldı mərkəz xətdəki problemlərə, bu, baş məşqçinin qərarıdı.
- Bəs onun transferi niyə belə gecikdi?
- Çünki o, Almaniyada bir komandayla danışıqlar aparırdı. O klubla danışıqlar alınmayandan sonra bizimlə anlaşdı. Yəqin ki, ilk olaraq əvəzedici komandada oyuna çıxacaq.
- "Qarabağ"dan PAOK-la oyunda hansı nəticə gözləyək?
- Həmin oyunda çalışacağıq ki, yaxşı nəticə əldə edək.
- Respublika stadionunun vəziyyəti necədi?
- Hazırda vəziyyət yaxşıdı. Artıq problem qalmayıb.
- "Sumqayıt"la oyunun bu stadionda olacağı deyilir...
- Ola bilər. Ot örtüyünün vəziyyətinə baxacağıq.
komanda.az