"Hakimə demişəm, oyundan sonra kim xətrinə dəysə, vur" - Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan lubokunun püşkatmasından sonra jurnalistlərin suallarını cavablandırıb.
  
- Kubokun finalı hansı arena baş tutacaq?
- Fikrimiz var ki, final oyununu bölgədə keçirəcək. Çox istərdim ki, bu, Lənkəranda baş tutsun. Ancaq "Xəzər Lənkəran" öz fəaliyyətini dayandırıb. "Neftçi" finala çıxsa, finalı ora sala bilmərik. Çünki böyük qalmaqal yarana bilər. "Neftçi" finala çıxmasa, finalı orada keçirmək istəyirik Lənkəranlı azarkeşlərə hörmət əlaməti olaraq. "Neftçi" finala çıxsa, istərdim ki, final Gəncədə baş tutacaq. 90 faiz bölgədə baş tutacaq. 
 
- Yəqin ki, "Bakılı" - "Zaqatala" matçında baş verənlərlə bağlı məlumatınız var. Misir Əbilovun oğlu baş hakimi söydü, o da cavab qaytardı. Bununla bağlı hansı ciddi tədbirlər görüləcək?
- Dünənki oyunla bağlı məlumatım var. İşə gələn kimi, həmin videoyazılara baxmışam. "Bakılı" komandasının vurduğu ilk qol azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb. Ancaq baş hakim və yan xətt hakimin düzgün qərar verib. Azarkeşə fikir verməyin. Görünür ki, "futbol xəstəsi"di. Sözsüz ki, hakim cəzalanacaq. Hakimlərə tapşırılıb ki, kənardan deyilənlərə fikir verməsinlər. Paşayev həmin an doğru etməyib. Oyundan sonra nəsə dava olsa, həmin adamı döyə bilər. Arxasında da mən dayanmışam.
 
- "Mil Muğan"a siz nəzarət edirsiniz. Bu komanda kubokda niyə iştirak etmir?
Mən sözümdən qaçmıram və bu komanda nəzarətimdədir. Buraya gəlmədən öncə klubla söhbət etdim. Baş məşqçidən xahiş etdim ki, bizə qələbə yox, yaxşı oyun göstərmək və oyunçu lazımdır. Biz Qurban Qurbanovla birgə çalışanda 6 oyunda qələbə qazana bilmədik. Çempionluğa oynayanda bizi saxlayan keçmiş AFFA rəhbərliyi oldu. Tələsmək lazım deyil. Hələ çempionat başa çatmayıb. Yanvardan sonra limitlə bağlı dəyişiklər olacaq. Komanda çempionat başlamazdan 15 gün qabaq yaranıb. Nəyə gələk? Məsələn, gəlib düşsün "Qəbələ" ilə... Bu klubun insafı yoxdur və gəlsin 10 dənə qol vursun. Elə bil "Jiquli" ilə BMW yarışır. Başqa komandalar özünə güvənir. Amma biz hazır deyilik.
- "Kəpəz"in bazası bu gün acınacaqlı vəziyyətdədir. Son oyunda mətbuat üçün normal yer də yox idi. Klub rəhbərliyi ilə danışıq olub bu barədə?
- Vallah "Kəpəz" klubunun rəhbərliyinin kimliyini tam bilmirəm. Klubun komandası, baş məşqçisi var. Varsa, gəlsin görüşək.
- "Ayın futbolçusu” nominasiyasını yenidən bərpa edə bilərsizmi?
- Bu ildən I divizionda ayın qolunu seçirik. Çox gözəl də alındı. 5 qolun sırasında hansına birinci yeri verəcəyimizi bilmirdik. Qollar çox xoşuma gəldi.
 - Ölkə kubokunun yayım hüququ konkret kimə verilib?
- Hələ bununla bağlı qərarımız yoxdu. "CBC Sport” ilə danışarıq, yayımlayarıq.
 - Hakimlər son vaxtlar onlara söz atan azarkeşlərə, klub rəsmilərinə cavab verir. Bu yaxınlarda elə bir hadisə AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun başına gəlmişdi...
- Mən onu dəqiqləşdirdim, elə şey olmayıb. Bizdə ürəkli, vurub-tutan hakim 3 nəfər olar, ya olmaya. Hamısı başını aşağı salıb, işini görür. Mən inanmıram ki, Namiq Hüseynov AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu söhbətə çağırsın. Tərlanla da danışdım, dedi, elə şey olmayıb. Namiq Hüseynov da elə oğlan deyil ki, o hərəkəti etsin. İkincisi, hakim də insandı, məgər o, hər dəfə söyülməlidi? Klub rəhbərləri var ki, bəzən hakimi söhbətə çağırırlar. Mənim əlimdə vəzifəm varsa, hegemonluq etməliyəm? Xeyr. Hakim niyə söyülməlidi ki? Televizorda onun idarə etdiyi oyuna anası, arvadı baxa bilər. Hakimin də namusu var. Düz olanda da söyülür. Niyə? Bəli, mən demişəm ki, 90 dəqiqədən sonra sizə qarşı çaşan adamı vurun, aşırın, mən sizin yanınızda duracam. Cavan hakimlərimizə şans verməliyik. Onlar Azərbaycandan kənarda nə qədər irəli getsələr, ölkəmizi təmsil edirlər.
 
apasport.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right