Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun püşkattma mərasimi keçirilir.
Newsport.az-ın məlumatına görə, tədbirdə giriş sözü ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib.
"Finala yüksələn komandalarımız doğrudan da layiqli yer tutdular. Hər bir komanda nəyə layiq olduğunu nümayiş etdirdi. Bizim tərəfimizdən klublara heç vaxt problem yaradılmayıb. Komandalar arasında fərq qoymuruq. Rəqiblər arasında mehribanlıq olmalıdı. Hakimlər tərəfindən kiməsə qarşı qərəz ola bilməz. Oyunları izləyirik. Hamınız "Fiorentina" - "Qarabağ" matçını izləmisiniz. Elvin Yunuszadənin qırmızı vərəqə alıb çıxması bizi məyus etdi. O qırmızı vərəqə Azərbaycan çempionatda olsaydı, bizi biabır etmişdilər. Səhvlər hər zaman olur. Əsas odur ki, qərəz olmasın. Qərəzli hakim bizim yanımızda ola bilməz" deyə, Musayev açıqlamasında bildirib.