"İstedadlı yetirmələri Neftçidən didərgin saldılar"

Milli komandamızın üzvü Emil Balayevin "Qarabağ"la müqavilə imzalamasından xəbərdarsınız.

Newsport.az-ın məlumatına görə, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov bu transferə şəxsi "facebook" profilində münasibət bildirib:

"Azərbaycanın ən perspektivli qapıçılarından biri olan "Neftçi"nin yetirməsi Emil Balayev "Qarabağ"la müqavilə bağlayıb. Vaxtilə "Ayntraxt"a yola salınanda FİFA-nın həmrəylik prinsiplərinə uyğun qapıçının 40 yaşına(!) qədər vəsait gələcəkdi "Neftçi"yə. Belə deyilmişdi...

Emil Balayev icarə əsasında "Sumqayıt", "Araz N."-da oyun praktikası qazanıb geri dönürdü, "Neftçi" üçün hazırlanırdı. "Ayntraxt"a havayı(!) verilən qapıçının müqaviləsinə bənd salınmalıydı. Azərbaycana geri dönəcəyi halda doğma komandasına qayıtmalıdır. İki ildi gəncləşdirmədən dəm vuranlar, illərin əziyyəti çəkilmiş istedadlı yetirmələrini "Neftçi"dən didərgin saldılar...

O futbolçular "Neftçi" üçün hazırlanırdı, əsas rəqiblərdən biri olan "Qarabağ" üçün yox...

Uğurlar Emil Balayev!".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right