19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan yığması Litvada ikinci oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Nazim Süleymanovun komandası Bosniya və Hersoqovina ilə qarşılaşacaq.
U-19 yığmamız ilk görüşündə Avstriyaya 1:4 hesabı ilə uduzub. Bosniya və Hersoqovina isə Litvaya böyükhesabla qalib gəlib - 3:0.
Elit raunda vəsiqə qazanmaq üçün bu gün yığmamız mütləq ən azı 1 xal qazanmalıdır.
Avropa çempionatının seçmə mərhələsi
V qrup
II tur
15:00 Bosniya və Hersoqovina - Azərbaycan - 2:1
Qollar: Amar Sulyiç, 43 (1:0), Murad Xaçayev, 68 (1:1), Bencamin Hadziç, 81 (2:1)
Hakimlər: Conatan Lardo (Belçika), Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva), Manfredas Lukyançukas (Litva)