"Qәbәlә"nin Premyer Liqadakı uğurlu seriyası haqda UEFA Avropa Liqasının rәsmi "Facebook" və "Tvitter" səhifəsi də yazıb.
Newsport.az-ın məlumatına görə, turnirin rəsmi "Facebook" və "Tvitter" səhifələrində "Qəbələ"nin ölkə çempionatında 7 oyunda da uduzmadığı və komandanın son turda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlməsi yazılıb.
Bundan başqa, "Qəbələ"nin 19 qol vurub qapısından top buraxmaması vurğulanıb.
