Emil Balayev “Qarabağ”ı seçdi

Milli komandamızın saboq üzvü Emil Balayevin Azərbaycan çempionatının I divizionunda çıxış edən "Səbail” klubuna keçidi baş tutmayıb.

Newsport.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar baş tutsa da, Emil son anda Bayıl təmsilçisinə keçməkdən imtina edib. 
 
Artıq gənc qolkiperin yeni klubunun adı da müəyyənləşib. O, son Azərbaycan çempionu "Qarabağ”la anlaşıb. Balayev Ağdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 
 
Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan əlcək sahibinin son iş yeri Almaniyanın "Ayntraxt” (Frankfurt) klubu olub.

Qafqazinfo





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right