"Ağsu” klubu 2016/2017-ci illər mövsümündə Azərbaycan kuboku uğrunda yarışlarda iştirakdan imtina edib.
Newsport.az-ın məlumatına görə, I divizion təmsilçisi bununla bağlı PFL-ə məktub göndərib.
Beləliklə, kubok uğrunda 18 komanda mübarizə aparacaq.
Qeyd edək ki, I divizionda mübarizə aparan "Göyəzən", "Energetik" və "Mil-Muğan" klubları da kubokda iştirakdan imtina etmişdi.