AFFA-nın baş katibi Elxan Məmmədov mükafatlandırılıb.
Newsport.az-ın məlumatına görə, Məmmədov "Leaders Under 40 Awards" illik mükafatının idman sahəsində "Liderlik" kateqoriyası üzrə mükafata layiq görülüb.
Xatırladaq ki, bu mükafat hər il idman biznesinin yaşı 40-dan artıq olmayan ən istedadlı idarəçilərinə təqdim edilir.