19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Bosniya və Hersoqovina - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, oyunu Belarus Futbol Federasiyasından Conatan Lardo idarə edəcək. Ona Frederik Qodelayn (Belçika) və Vitis Snarskis (Litva) köməklik edəcək. Dördüncü hakim funksiyasını Manfredas Lukyançukas (Litva) yerinə yetirəcək.
Qeyd edək ki, Bosniya və Hersoqovina - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Xatırladaq ki, Avtsriya - Azərbaycan görüşü C.Lardo həvalə olunmuşdu.